Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampı o qədər qəzəbləndirib ki, Vaşinqton Ukraynaya hərbi dəstəyi dayandırmaq ərəfəsində olub.
Modern.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp və Zelenski arasında gərginlik şifahi mübahisəyə çevrilib və bu, Rusiya diktatoru Vladimir Putinin daha da cəsarətlənəcəyindən və onun qəddar ekspansionizminin mükafatlandırılacağından narahat olan avropalı müttəfiqləri qorxudub.
“Prezident Tramp hazırda prezident Zelenskidən çox üzgündür” deyə Milli Təhlükəsizlik müşaviri Maykl Uols deyib.
“Axios” mənbələri bildiriblər ki, son 9 gündə Tramp, vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio və Milli Təhlükəsizlik müşaviri Maykl Uolsu özünü qəzəbləndirən 5 hadisə baş verib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Trampın Zelenskiyə yönəlik son tənqidi bəyanatları Amerika prezidentinin ukraynalı həmkarının hərəkətlərindən əsəbi olması ilə bağlıdır.
ABŞ liderinin Zelenskini “seçkisiz diktator” adlanmasının səbəbindən danışan Rubio “Tramp prezident Zelenskinin hərəkətlərindən çox üzüldü” deyib. Tramp Zelenskinin xüsusən də Amerikanın köməyi barədə dediklərinə və Ukrayna mineralları ilə bağlı sazişi imzalamaqdan imtina etdiyinə görə çox üzülüb.