Modern.az

Yaqub Mahmudovun qızı təşəkkür etdi

Yaqub Mahmudovun qızı təşəkkür etdi

Ədəbiyyat

21 Fevral 2025, 21:19

Akademik Yaqub Mahmudovun qızı, şərqşünas Gülnur Mahmud atasının doğum gününü təbrik edənlərə təşəkkür edib.

Modern.az-ın məlumatına görə, Gülnur Mahmud bildirib: 

“Çox hörmətli həmkarlar, dostlar, tələbələr, qohumlar!

Səmimi duyğularınızı, içdən arzularınızı ataya oxudum, sevindi və təbii ki, duyğulandı. Yaqub müəllim bu yaşında da dayanmadan və yorulmadan çalışır və onu sevənləri hələ uzun illər sevindirmək niyyətindədir.

Təbriklərinizə görə çox sağ olun! Ailəmiz adından ən səmimi minnətdarlığımızı qəbul edin! Var olun, dostlar!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu