Modern.az

ABŞ-də atışma: 3 nəfər öldü

ABŞ-də atışma: 3 nəfər öldü

Dünya

22 Fevral 2025, 00:09

ABŞ-ın Kentukki ştatının Luivil şəhərində sürücülük vəsiqəsi verən idarənin qarşısında atışma olub.

 

Modern.az-ın məlumatına görə, hadisə zamanı 3 nəfər öldürülüb. Bir kişinin hadisə yerində, 2 qadının isə xəstəxanada həyatlarını itirdiyi deyilir.

 

Polisin məlumatına görə, atəş açan şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıblar. Atışmanın kim tərəfindən törədildiyi və motivi hələlik məlum deyil.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi