Modern.az

Azərbaycanlılar mənim üçün yad deyillər - Gürcüstan Prezidenti

Azərbaycanlılar mənim üçün yad deyillər - Gürcüstan Prezidenti

Dünya

22 Fevral 2025, 00:36

Gürcüstanda çox sayda azərbaycanlı yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Real TV-yə müsahibəsində deyib.

 

O, Gürcüstan azərbaycanlıları arasında dostlarının olduğunu bildirib:

 

“Mənim şəxsən Gürcüstan vətəndaşı olan azərbaycanlılarla əlaqələrim var. Uşaqlıqdan birlikdə böyüdüyüm dostlarım var. Onlar mənim üçün yad deyillər, əksinə, biz bir yerdə böyümüşük. Ölkə olaraq bu yolu birlikdə gəlirik. Biz qafqazlıyıq və ən əsası dəyərlərimizi, dostluğumuzu, ailə müqəddəsliyini qoruyuruq. Biz bu münasibətimizi başqaları ilə bölüşə bilərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi