Modern.az

Erməni nazir: “Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əsas prinsiplər stol üzərindədir”

Erməni nazir: “Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əsas prinsiplər stol üzərindədir”

22 Yanvar 2014, 18:02


ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi əsas prinsiplər danışıqlar stolu üzərindədir. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu bu gün 2013-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında xarici işlər naziri Edvard  Nalbandyan deyib. O, “Azərbaycanın Kazanda təklif olunan təklifləri rədd etməsi ilə Madrid prinsiplərinin tarixə qovuşduğunu hesab etmək olarmı” sualına cavabında bunu söyləyib. Onun sözlərinə görə, həmsədrlər dəfələrlə danışıqlarda iştirak edən tərəfləri əsas prinsipləri dəstəkləməklə güc tətbiq etməmək,  yaxud hədə-qorxu gəlməkdən vaz keçməyə çağırıblar. Nalbandyan qeyd edib ki, guya Azərbaycandan fərqli olaraq Ermənistan dərhal həmin prinsiplərə sadiq olduğunu bəyan edib. Onun fikrincə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyətin yanaşması ilə üst-üstə düşsə də, Azərbaycan bu prinsipləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin çağırışlarını nəzərə almır.

Qeyd edək ki, yanvarın 24-də Parisdə Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB