Modern.az

Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var

Hadisə

22 Fevral 2025, 15:17

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.aza verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis Qazaxda əməliyyat keçirdi - FOTOLAR

Polis Qazaxda əməliyyat keçirdi - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı