Modern.az

"Lada" ağaca çırpıldı: ölən var

"Lada" ağaca çırpıldı: ölən var

Hadisə

23 Fevral 2025, 00:45

Bərdə rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib. Rayon sakini 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu idarə etdiyi “Lada” Priora markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü B.İsgəndərov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər Davud İsgəndərov və Elmir Allahverdiyev ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı