Modern.az

Astarada qanunsuz silahlar AŞKARLANDI

Astarada qanunsuz silahlar AŞKARLANDI

23 Fevral 2025, 11:44

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI