Modern.az

Rusiyada çoxmərtəbəli binanın yanında PARTLAYIŞ

Rusiyada çoxmərtəbəli binanın yanında PARTLAYIŞ

23 Fevral 2025, 18:37

Rusiyanın Balakovo şəhərində çoxmərtəbəli binanın yanında partlayış baş verib.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.

 

İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb – ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI