Professor Nizaməddin Şəmsizadənin ölüm səbəbi açıqlanıb.
Modern.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, fevralın 23-də özəl tibb müəssisələrindən birindən Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunan 1954-cü il təvəllüdlü Nizaməddin Şəmsizadəyə zəruri həkim baxışı və müayinələr təyin olunub:
"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, fevralın 24-də saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb".
***
08:27
Professor Nizaməddin Şəmsizadə vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə komaya düşmüşdü. O, 40 gün xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.