Modern.az

Azərbaycanda daha bir əsgər güllələnib

Azərbaycanda daha bir əsgər güllələnib

Təhsil

23 Yanvar 2014, 10:44

Azərbaycanda daha bir əsgər silahla özünü yaralayıb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.

Alayın əsgəri Vasif Şamil oğlu Süleymanov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktla bağlı araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, V. Süleymanov Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB