
Ukrayna paytaxtında qarşıdurmanın davam etdiyi Qruşevski küçəsində yaralananların sayı artmaqdadır.
Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, hər 15 dəqiqədən bir, yaxud iki yaralı tibb məntəqəsinə gətirilir. Tibb işçiləri hələ ki çox sayda xəsarət alanlara yardım göstərməyin öhdəsindən gəlirlər. Digər məlumata görə, son 4 saat ərzində ən az iki nəfər xəsarət nəticəsində gözünü itirib. Bundan əvvəl qarşıdurmalar nəticəsində 5 nəfərin öldüyü bildirilib.
Modern.az