Modern.az

Aeroportlarda VİP-dən istifadə bu şəxslərə də şamil olundu - SİYAHI

Aeroportlarda VİP-dən istifadə bu şəxslərə də şamil olundu - SİYAHI

24 Fevral 2025, 12:32

Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI