Modern.az

Hərbi əməliyyatları o zaman dayandıracağıq ki... - Lavrov şərtlə danışdı

Hərbi əməliyyatları o zaman dayandıracağıq ki... - Lavrov şərtlə danışdı

24 Fevral 2025, 14:23

Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin yalnız nəticə Rusiya tərəfini qane edərsə, hərbi əməliyyatları dayandıracaq.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz həm Ukrayna, həm də Avropa ilə, xoş niyyətlə sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq. Lakin biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiya Federasiyasını qane edən qəti və davamlı nəticə versin”, - nazir deyib.

Lavrovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bunu açıq şəkildə bəyan edib.

"Əlbəttə, yerlərdəki reallıqlar nəzərə alınmalıdır", - Rusiya XİN rəhbəri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI