Modern.az

"Axmat" batalyonunun qəddar komandiri Ukraynada ÖLDÜ

"Axmat" batalyonunun qəddar komandiri Ukraynada ÖLDÜ

24 Fevral 2025, 17:22

Ukraynada Rusiyanın işğalçılıq siyasəti uğrunda döyüşən "Axmat" xüsusi təyinatlı batalyonlarından birinin komandiri Zəlimxan Batukaev döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Şustrı” ləqəbli Batukaevin Rusiya ordusunun ən yaxşı komandirlərindən biri olduğu bildirilib.

Hərbçi dünən, fevralın 23-də dünyasını dəyişib. 

Zəlimxan Batukaev ukraynalı döyüşçülərə qarşı ən amansız və qəddar komandirlərdən biri olub. Onun batalyonu döyüşlərdə ən çox ukraynalı hərbçi öldürən və əsir götürən hərbi hissə kimi "fərqlənib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI