Modern.az

"Qalatasaray"-"Fənərbağça" matçı qolsuz başa çatdı

"Qalatasaray"-"Fənərbağça" matçı qolsuz başa çatdı

24 Fevral 2025, 23:07

Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.

 

Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.

 

Bu nəticədən sonra "Qalatasaray" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular