Modern.az

MTN əməkdaşı ucbatından “Nida”çının məhkəməsi yubanıb

MTN əməkdaşı ucbatından “Nida”çının məhkəməsi yubanıb

Təhsil

23 Yanvar 2014, 13:16

Bu gün “Nida” vətəndaş hərəkatının üzvlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilir.

M odern.az xəbər verir ki, “Nida”çıların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə baxılır. Prosesi beynəlxalq təşkilatların nümayəndələri də izləyir. Şahidlərin məhkəməyə gəlməməsi prosesinin yarım saat gec başlamasına səbəb olub. C.Hüseynov bundan sonra daha bir 30 dəqiqəlik fasilə elan edib. Lakin məhkəmədə şahid qismində ifadə verəcək MTN işçisi bu vaxt ərzində məhkəməyə gəlməyib.  

Xatırladaq ki, fəal gənclər Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Bundan başqa sabiq millət vəkili Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılır. Prosesə hakim İlqar Murquzov sədrlik edir. 

 
Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB