Modern.az

Türk serialında Ərdoğan hədəfə alındı: baş nazirə “xain” deyildi

Türk serialında Ərdoğan hədəfə alındı: baş nazirə “xain” deyildi

Təhsil

23 Yanvar 2014, 13:46


Fətullah Gülən-Tayyip Ərdoğan qarşıdurması yazılı və internet mediasından TV-lərin proqram və filmlərinə də sıçramağa başlayıb. “Yeni Şafak” qəzetinin köşə yazarı Saleh Tuna Samanyolu TV-nin reytinq rekordları qıran serialı “Şefkat Tepe” də Türkiyə baş nazirinin birbaşa hədəfə alındığını vurğulayıb. Modern.az xəbər verir ki, “Şefkat Tepe” serialında Ərdoğan haqqında “baş nazir xaindir” ifadəsi yer alıb. Filmdəki “Karanlık Kurul”da (Qaranlıq Heyət) isə “dershane” (hazırlıq kursları) mübahisəsindən söhbət açılır və hökumət başçısına qarşı “artıq onun qarşısı alınmalıdır” cümləsi işlədilir

“Yetenek Sizsiniz” və “Arka Sokaklar” kimi rəqiblərini geridə qoyaraq reytinq yarışında birinci olmasıyla da diqqət çəkən “Şefkat Tepe”de Serdar Komutan adlı türk hərbçisinin terrora qarşı mübarizə hekayəsidir. 2010-cu ildən ekranlara çıxan serialın rejissoru Əbdülqadir Ceylabn Ede, ssenari müəllifi Ali Sami Noyandır.

 

 

  Misranə Həsənzadə  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB