Modern.az

Deputat Türkiyəyə gedir

Deputat Türkiyəyə gedir

Parlament

25 Fevral 2025, 14:39

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Modern.az-ın məlumatına görə, tədbir çərçivəsində “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda müzakirələr aparılacaq,  millət vəkili Eldar Quliyev mövzu ilə bağlı  çıxış edəcək.

Qeyd edək ki, səfər fevralın 28-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər