Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.