Modern.az

Mahir Süleymanlı vətəndaş qəbulu keçirdi - FOTO

Mahir Süleymanlı vətəndaş qəbulu keçirdi - FOTO

Aktual

25 Fevral 2025, 18:03

Fevralın 25-də Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Modern.az xəbər verir ki, görüş zamanı sakinlərin qaldırdığı məsələlər diqqətlə dinlənilib, millət vəkilinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan problemlər dərhal aradan qaldırılıb.

Digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.

Bundan əlavə, Mahir Süleymanlı Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşərək onların təhsili, gələcək planları barədə söhbət edib. 

Millət vəkili 11-ci sinif şagirdlərinə buraxılış vərəqələrini təqdim edərək, qarşıdan gələn imtahanlarda onlara uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu