Modern.az

Bu dəfə Britaniyada toplaşacaqlar

Bu dəfə Britaniyada toplaşacaqlar

25 Fevral 2025, 23:43

Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn həftə sonu Ukraynadakı münaqişəni müzakirə etmək üçün Avropa liderlərinin görüşünü təsdiqləyib.

 

Modern.az xəbər verir ki, o bu haqda mətbuat konfransında danışıb.

 

“Mövcud vəziyyət fonunda müttəfiqlərlə necə irəliləyəcəyimizə dair müzakirələri davam etdirmək üçün həftə sonu bir sıra ölkələri qəbul edəcəyəm”, – Starmer qeyd edib.

 

Qeyd edək ki, Britaniya hakimiyyətinin Avropa liderləri səviyyəsində görüşün təşkili ideyasını nəzərdən keçirdiyi bildirilirdi. Görüşün məqsədi isə Ukrayna ətrafındakı vəziyyəti nizamlamaq olacaq.

 

Xatırladaq ki, bundan əvvəlki görüş Parisdə baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI