Modern.az

Cəlilabadda sərnişin avtobusu qəzaya uğradı - Yaralananlar var

Cəlilabadda sərnişin avtobusu qəzaya uğradı - Yaralananlar var

Hadisə

26 Fevral 2025, 13:58

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, 26.02.2025-ci il tarixində saat 10:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1960-cı il təvəllüdlü (qadın cinsli) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin və baldırın küt travması, üzün çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin edilib. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı