Modern.az

"Ana harayı" abidəsi önündə izdiham - FOTO

"Ana harayı" abidəsi önündə izdiham - FOTO

Aktual

26 Fevral 2025, 12:10

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Modern.az-ın məlumatına görə, dəhşətli qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı "Ana harayı" abidəsi önündə izdiham yaşanır.

Səhər saatlarından başlayaraq abidənin önündə insan axını ara vermir.

Faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısı gül-çiçək dənizinə qərq olub. Müxtəlif idarə və təşkilatların kollektivləri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarını xatirəsini yad etməyə gəlirlər. Həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da abidə önündən hüznlə keçirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü