Modern.az

“AŞPA-nın qış sessiyasında Azərbaycan məsələsi yoxdur” - AÇIQLAMA

“AŞPA-nın qış sessiyasında Azərbaycan məsələsi yoxdur” - AÇIQLAMA

23 Yanvar 2014, 16:00

“AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycanla bağlı birbaşa hər hansı bir məsələnin müzakirəsi yoxdur”. Bunu Modern.az-a açıqlamasında AŞPA-nın azərbaycanlı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.

“Azərbaycan Avropa Şurasının fəal üzvlərindən biri olaraq hər zaman bu qurumda müzakirə olunan bütün məsələlərdə çox aktiv şəkildə iştirak edir. Bu dəfə də müəyyən sənədlərlə çıxış edəcəyik. Eyni zamanda, bir çox məsələlərə bütün Azərbaycan nümayəndə heyəti öz münasibətini bildirəcək. Bildiyiniz kimi, bu ilin yayında Avropa Şurasına sədrlik Azərbaycana keçəcək. Ona görə də bu mövzu bizim üçün ən önəmli məsələlərdən biridir”.

Qənirə Paşayeva AŞPA-nın qış sessiysının gündəliyinə daxil olan bəzi məsələlərin adlarını açıqlayıb. Sessiya çərçivəsində qurumun yeni prezidentin, vitse-prezidentlərini seçəcək. Bundan başqa təcili müzakirə çərçivəsində Ukraynada demokratik institutların vəziyyəti mövzusu müzakirəyə çıxarılacaq.  

Daha sonra  ötən sessiyadan keçən dövr ərzində görülmüş işlərlə bağlı qurumun hazırkı sədri Jann Klod Milion məruzə ilə çıxış edəcək. Avropa Şurası millət vəkillərinin suallarını cavablandıracaq.

Digər maraqlı müzakirə öldürülmüş rusiyalı vəkil Sergey Maqnitski ilə bağlı keçirləcək. Sessiya çərçivəsində Avropada tolerantlığın azalması və rasizmə qarşı mübarizə strategiyası ilə bağlı  müzakirələr olacaq.

AŞPA –nın Fələstinlə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Suriya mövzusu gündəmdə olacaq. Qeyd edək ki, AŞPA-nın qış sessiyası gələn həftənin birinci günü start götürəcək.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB