Qalmaqaldan başı açılmayan müğənni Rəqsanənin sosial şəbəkələrdə maraqlı fotosu yayılıb. Modern.az saytına daxil olan məlumata görə, müğənni fotonu vəzifəli bir şəxsin ofisində çəkdirib. Şəkilə diqqət yetirdikdə görərik ki, müğənninin olduğu otaqdakı masanın üzərində dövlət telefonu var. Belə telefonlara isə yalnız rəsmi şəxslərin iş otağında təsadüf etmək olar.
Modern.az-ın əməkdaşı yayılan fotoşəkillə bağlı sənətçinin özü ilə əlaqə saxlayıb. Müğənni Rəqsanə sözügedən şəklin bir il öncəyə aid olduğunu bildirib.
“Bu şəkil çoxdan çəkilib. Onun harada və kimin otağında çəkilməsinin nə mənası var? Həmin fotonun Azərbaycana aidiyyatı yoxdur. Bir il öncə Moskvada çəkilib. Ümumiyyətlə hər harada çəkdirmişəm bunun kimə nə dəxli var?”.
Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, müğənni Rəqsanənin əks olunduğu bu foto Azərbaycandakı icra başçılarından birinin iş otağında çəkilib.
Gültəkin Ələsgər