Modern.az

Zakir Həsənov ötən gecə şəhid olmuş zabitə medal verdi

Zakir Həsənov ötən gecə şəhid olmuş zabitə medal verdi

23 Yanvar 2014, 16:27


Müdafiə Nazirliyi cəbhə bölgəsində təxribatların davam etdiyini, bir zabitimizin şəhid olması ilə bağlı xəbər yayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB