AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yeni saytı istifadəyə verilib. Bu barədə Modern.az-a Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Saytda Mərkəzin yaranması, srtukturu, zəlzələlərin təcili məlumat bürosu, elmi əlaqələr, xəbərlər və digər sahələr üzrə məlumatlar yerləşdirilib.
Yeni saytda oxucular ölkə ərazisində baş vermiş zəlzələlər, RSXM-in 35 telemetrik seysmik stansiyaları və onların yerləşdiyi ərazilərə dair ətraflı məlumat ala biləcəklər.
Həmçinin vətəndaşların öz fikir və təkliflərini, müraciətlərini yazması üçün əlaqə bölməsində elektron poçt da yaradılıb.
Modern.az