Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.