“Milli Şuranın adının dəyişdirilməsinin nə mənası var? Bu adla seçkidə iştirak etmişik, bizə yazılan faizlə belə ikinci güc mərkəzi kimi göstərilmişik”.
Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı deyib. O bildirib ki, Milli Şura legitimlik qazanıb: “Kimlərinsə qurumu tərk etməsinə görə Milli Şuranın adı dəyişdirməməlidir. Adın dəyişdirilməsi məqsədəuyğun deyil. Əsas Milli Şuranın fəaliyyətinin gücləndirilməsidir”.
R.Manaflı Milli Şuranın seçki ilə bağlı yekun rəyinin olmamasından da danışıb: “Bilirsiz ki, son iki ayda Milli Şurada baş verən proseslər qurumun işini dayandırmışdı. Bütün diqqət təşkilat daxili məsələlərin yoluna qoyulmasına yönəlmişdi. Milli Şuranın seçki ilə bağlı yekun rəyini qurumun seçki komissiyası hazırlamışdı. Bu komissiyada da Müsavat Partiyası, KXCP, AXCP təmsil olunurdu. Səhv etmirəmsə, komissiyanın rəyi Gülağa Aslanlıda idi. Komissiya üzvlərinin bir hissəsi Milli Şuranı tərk etdi. İndi seçki rəyi haradadır, kimdədir, bu barədə məlumatsızam. Bu məsələ araşdırılıb, həll ediləcək. Biz seçki prosesində bir yerdə iştirak etmişik. Müsavat Partiyası Milli Şuranı tərk edib, bu, o demək deyil ki, biz seçkidəki birliyimizin üstündən xətt çəkmişik. Seçki rəyi cəmiyyətə təqdim olunmalıdır”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı səhhətində problem olduğuna görə prosesləri izləmədiyini deyib.
Partiya başqanının müşaviri Mustafa Hacıbəyli bildirib ki, Milli Şuranın ilkin rəyini Arif Hacılı və Gülağa Aslanlı hazırlayıb: “Rəyin rus və ingilis dillərindəki variantları beynəlxalq təşkilatlara göndərildi. Cəmil bəy Milli Şuranın 3 dekabr sessiyasında dedi ki, yekun rəy yanvarda açıqlanacaq. Hazırda bu məsələ ilə bağlı bizdə hər hansı məlumat yoxdur”.
İlkin