Modern.az

“Quska”ya HÖKM OXUNDU

“Quska”ya HÖKM OXUNDU

Aktual

27 Fevral 2025, 10:48

Cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə araşdırması yekunlaşıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vəkillər Cavad Cavadov və Günay İsmayılova müdafiə çıxışlarında, Hüseyn Abdullayev son sözündə bəraət istəyiblər.

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, “Quska”ya verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb. 

Hökmə əsasən, “Quska” 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu