"Türkiyə rəhbərliyi Rusiya-Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə dair işarələr görür".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Açığını deyim ki, Ukraynadakı müharibəyə gəldikdə, biz onun sona çatmasının əlamətlərini görürük”, - Hakan Fidan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
"Hansı şərtlərlə, atəşkəs necə əldə olunacaq - bütün bunlar müzakirə olunur", - Türkiyə XİN rəhbəri əlavə edib.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsilə bağlı növbəti görüş bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək.