Modern.az

MSK üzvü Ədliyyə Nazirliyinə etiraz etdi

MSK üzvü Ədliyyə Nazirliyinə etiraz etdi

Təhsil

23 Yanvar 2014, 18:32

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) dövlət qeydiyyatına alınması məqsədilə sənədlərini yenidən Ədliyyə Nazırliyinə təqdim edib. Bu barədə Modern.az-a İnstitutun sədri, MSK üzvü Akif Qurbanov açıqlama verib.
A.Qurbanov deyib ki,  Ədliyyə Nazirliyinin təşkilatın qeydiyyat sənədlərini geri qaytarma səbəbi çox absurddur və əsassızdır.
“Çünki, təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Sənədləri geri qaytarılan başqa QHT-lərlə də əlaqə saxlayaraq, araşdırma aparmışıq. Bəlli olub ki, nazirlikdə ümumi olaraq şablon cavablar var və qeydiyyata almaq istənməyən təşkilatlara çox zaman bu cavablardan birini göndərirlər. Əsasən də məktubların məzmunu və qeydiyyata almamaq səbəbləri eyni olur. Belə ki, nazirlik məktubunda əsas kimi “Qeyri–hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında ” Qanunun 9.2-ci maddəsinin tələblərinə  zidd olaraq Qurumun Nizamnaməsində təsisçilərin qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə hüquq və vəzifələri göstərilməyib.
Hesab edirəm ki, yuxarıda göstərilən səbəb qanuna istinad edilsə də göstərilən irad  əsaslı şəkildə izah olunmamışdır. Halbuki, qanunun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq təsisçilərin hüquq və vəzifələri qurumun Nizamnaməsinin 5.1-5.2-ci bəndlərində aydın göstərilib. Ona görə də Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinin imtina məktubunda göstərilən irad əsasızdır. Nəticə etibarilə, belə qənaətə gəlmək olur ki, ya Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyinin rəsmiləri tərəfindən  ümumiyyətlə oxunmayib, ya da qeydə almadan imtina üçün hüquqi əsasın olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur”.
A.Qurbanov deyib ki, bir daha təsisçilrəin toplantısını keçirib qeydiyyat üçün tələb olunan müvafiq sənədləri Ədliyyə Nazırliyinə təqdim ediblər.
“Ümid edirik ki, bu dəfə Ədliyyə Nazirliyində qanunvericiliyin və beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərin tələbləri nəzərə alınaraq obyektiv araşdırma aparıb Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) dövlət qeydiyyatına alınması üçün lazımi tədbir görüləcək. Nəticədə biz məhkəmə yolunu seçmək məcburiyyətində qalmayacağıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB