Modern.az

 Prokuror Ağadadaş Ağayevə cəza istədi

 Prokuror Ağadadaş Ağayevə cəza istədi

Aktual

27 Fevral 2025, 17:49

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu