Modern.az

Kəlbəcərli məktəblilər Xocalı qurbanlarının xatirəsini anıblar - FOTO

Kəlbəcərli məktəblilər Xocalı qurbanlarının xatirəsini anıblar - FOTO

Aktual

27 Fevral 2025, 14:12

YAP Kəlbəcər rayon təşkilatı Kəlbəcər rayon Uşaq İncəsənət məktəbində və Kəlbəcər rayon 99 saylı tam orta məktəblərində Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı  26 fevral 2025–çi il tarixində Xocalı- qan yaddaşımız! adlı tədbirlər keçirdi.

Kəlbəcər rayon 99 saylı tam tam orta məktəbinin şagirdləri Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsəni ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

Uşaq İncəsənət məktəbinin şagirdlərinin Xocalı faciəsinə aid rəsmlərinə baxış keçirildi.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Xocalı faciəsi haqqında ətraflı çıxış edərək bildirdi ki,son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də  Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faicəsi cinayət epizodlarından biri kimi qeyd olunub.   Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin direktoru İsmət Nəcəfov, Kəlbəcər  rayon Uşaq İncəsənət məktəbinin müəllimələri Aynur Hüseynzadə, Nəzrin Əliyeva və digərləri bildirdilər ki, Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan danışıb. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti Ermənistanın hərbi təcavüzünün ən qanlı səhifəsidir və 33 il keçməsinə baxmayaraq, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub.

Xocalı sakini Nübar İsmayılova  bildirdi ki,Xocalı faciəsi təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımdır. Bu qətliam dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ölkələrimizin ərazi bütövlüyünü bərpa etdi.

Sonda Uşaq İncəsənət məktəbinin şağirdləri Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu