Modern.az

Öcalandan terrorçulara tarixi çağırış: Silahları yerə qoyun!

Öcalandan terrorçulara tarixi çağırış: Silahları yerə qoyun!

Dünya

27 Fevral 2025, 18:10

Türkiyənin İmralı adasında həbsdə olan PKK terror təşkilatının liderinin sensasion müraciəti yayımlanıb.

Modern.az xəbər verir ki, müraciəti Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının nümayəndələri oxuyub.

Onlar bu gün Abdullah Öcalanla görüşüblər.

Öcalan PKK terrorçularıbı silahları dərhal yerə qoymağa çağırıb.

"Silahlıları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyənin inkişaf etməsi lazımdır", - müraciətdə deyilir.

O qeyd edib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. 

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərlində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi