Modern.az

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcəklər

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcəklər

24 Yanvar 2014, 08:50

Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Eduard Nalbandyan arasında görüş keçiriləcək. 

Bu barədə məlumatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədəki səhifəsində yayıb. 

ANS PRESS-in xəbərinə görə, görüş vaxtı tərəflərin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi, həmçinin iki ölkə prezidentlərinin fevralda baş tutacaq görüşlərinin vaxtının müəyyənləşəcəyi bildirilir. 

Xatırladaq ki, tərəflər sonuncu dəfə 2013-cü il dekabrın 5-də Ukraynanın paytaxtı Kiyevdə ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri rəhbərlərinin toplantısında görüşmüşdülər. 

  Modern.az
 
Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?