Modern.az

Silahlı mübarizə artıq əhəmiyyətini itirib - Bərzanidən DƏSTƏK

Silahlı mübarizə artıq əhəmiyyətini itirib - Bərzanidən DƏSTƏK

27 Fevral 2025, 21:40

İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib. 

 

O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib: “PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.

 

B. Barzani qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI