Modern.az

Sarısu gölü partlaya bilər, Kürboyu kəndlərə təhlükə artdı

Sarısu gölü partlaya bilər, Kürboyu kəndlərə təhlükə artdı

18 May 2010, 19:49

st1:*{behavior:url(#ieooui) }

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 24-dək Kür çayının aşağı axınında suyun səviyyənin daha da kəskin artacağı barədə xəbərdarlıq edib. Kür çayında suyun səviyyəsinin yüksəlməsi  daşqın və sel təhlükəsini artırıb.

"Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bu gün vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini vurğulayıb.

Kürlə bərabər “Sarısu” gölündə də suyun səviyyəsi yüksəlib və çox təhlükəli vəziyyət yaranıb.

Saatlıdan olan deputat Gülhüseyn Əhmədov Modern.az saytına açıqlamasında Sarısu gölü ilə bağlı həyəcan təbili çalıb. Deputat deyib ki, o, hazırda Saatlıdadır, vəziyyət çox pisdir və Sarısu gölünün hər an partlamaq təhlükəsi var.

Sarısı gölündə su elə həddə çatıb ki, bəndlərin hər an dağılma ehtimalı var. Bu baş versə, Saatlı suya qərq olacaq. Müsahibimiz deyib ki, Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan Sarısu dolub, aşıb-daşır. Deputatın sözlərinə görə, əgər Sarısu bəndləri yarsa, daha böyük fəlakət olacaq, Göldə su durmadan yüksəlir, indiki bəndlər gələcək suların qarşısını almağa yetərli olmaya bilər. G.Əhmədov deyib ki, Sarısu gölünün daşması nəticəsində Saatlının Məzrəli, Nərimankənd, Dəllər, Novruzlu, Sabirabadın Əsgərbəyli və Qasımbəyli kəndləri suyun altında qalacaq. Sabirabaddan olan millət vəkili Rüstəm Xəlilov saytımıza deyib ki, rayonun Kür sahili boyunca bütün kəndlərinə təhlükə yenidən artıb.

Ən son məlumata görə, İmişlinin Allahmədədli və Telişli kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb. Bu kəndlər də Sarısu gölünün yaxınlığında yerləşir. Bu gecə həmin kəndlərin su altında qala bilmək təhlükəsi var. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi