Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Azərbaycan Milli Şurasının sədri, ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.
Modern.az xəbər verir ki, sərgi Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar olaraq mədəniyyət və təhsil nazirlikləri, Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların təklifləri əsasında hazırlanmış Tədbirlər Planına əsasən keçiriləcək. Sərgidə M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən, tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.
Misranə Həsənzadə