Modern.az

NATO-nun baş katibi Trampla müzakirə apardı

NATO-nun baş katibi Trampla müzakirə apardı

Aktual

28 Fevral 2025, 13:04

NATO-nun baş katibi Mark Rutte ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, telefon danışığından sonra Rutte sosial şəbəkədə mesaj yazıb.

Trampla faydalı söhbət etdiyini deyən baş katib bu məlumatları paylaşıb: “ABŞ və NATO güclənir”.

Onun sözlərinə görə, NATO müttəfiqləri müdafiə xərclərini artırmaq üçün sürətlə irəliləyirlər.

Rutte yazıb: “Ukraynada müttəfiqlər milyardlarla dollar əlavə yardım və təhlükəsizlik zəmanəti verməyə hazırlaşır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu