Modern.az

AFFA 4 klubu cəzalandırdı

AFFA 4 klubu cəzalandırdı

Aktual

28 Fevral 2025, 12:56

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. 

"Araz-Naxçıvan" da eyni məbləğdə cərimələnib. Buna fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. 

"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.

"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu