Modern.az

Ərdoğan və qızının yeni telefon danışığı yayıldı

Ərdoğan və qızının yeni telefon danışığı yayıldı

Təhsil

24 Yanvar 2014, 11:51


Türkiyəni sarsıdan böyük rüşvət əməliyyatı ilə birlikdə ortaya çıxan telefon danışıqlarına bir yenisi daha əlavə olunub. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bu dəfə internetdə baş nazir Rəcəb Tayyib Ərdoğan ilə qızı Sümeyye Ərdoğanın telefon danışıqları yayılıb. Dinləməyə düşən telefon danışıqlarında baş nazir Ərdoğan və qızı Sümeyye Ərdoğanın sui-istifadə istintaqının ikinci dalğasında haqqında tutma qərarı çıxarılan Mustafa Lətif Topbaşla edildiyi iddia edilən iki görüşmə yer alıb. Danışıqların məzmununda isə İzmir Urla mahalı Zeytineli kəndindəki dəniz qoyunda Topbaşın tikdiyi villalardan Ərdoğan ailəsinə verildiyi iddia edilən 2 villaya dair ifadələr yer alır.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB