Modern.az

Gəncədə 5 ev YANDI

Gəncədə 5 ev YANDI

28 Fevral 2025, 16:25

Gəncə şəhərində yanğın baş verib.

Modern.az xəbər verir ki, şəhərin Mikayıl Rəhimov və Zülfü Hacıyev küçələrinin kəsişməsində bir-birinə bitişik olan 5 ev yanıb.

Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər evin isə dam örtüyünə zərər dəyib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı