Modern.az

Şəhriyar Məmmədyarov dünya reytinqində

Şəhriyar Məmmədyarov dünya reytinqində

İdman

28 Fevral 2025, 17:12

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların mart üçün dünya reytinqini dərc edib.

Modern.az xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Doqquz pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb. Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.

Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu