
Suriyada müxalifət qüvvələri tərəfində Bəşər Əsədə qarşı döyüşən daha bir Azərbaycan vətəndaşının ölüm xəbəri yayılıb.
Modern.az-ın məlumatına görə, “Əbu Sənan” ləqəbli Vüsal Rəcəbov hökumət qüvvələri ilə döyüşlərdə öldürülüb.
Modern.az həmin şəxsin Bakının Qaraçuxur qəsəbəsində yaşamış, subay (boşanmış) 30 yaşlı ( 2001-ci ildə 282 saylı orta məktəbi bitirib) V.Rəcəbovun sosial şəbəkədəki Suriyaya getməsinə haqq qazandıran son qeydini əldə edib. Həmin statusda “əl-Nusra” qruplaşmasını tərkibində döyüşməsinə o belə haqq qazandırıb:
“Şeytan cihad yolu üzərinə oturur. Peyğəmbər belə buyurub: “Şeytan Adəm oğlunun hər yerdə qarşısına çıxır. Eyni zamanda müsəlman olma yönündə şeytan əngəllər çıxardır”. Şeytan müsəlman olan birinə belə deyər: “Sən müsəlman oldun. Atanın və babalarının dinini tərk etdin”. O kimsələr isə şeytanı dinləməz və ona üsyan edər. Şeytan hicrət etmiş kimsənin də yolunu kəsərək belə deyir: “Öz vətənini tərk edib başqa yerə necə hicrət edərsən?” Lakin onlar da şeytanın bu çağırışına uymayıb hicrət etməkdə davam edərlər. Sonra şeytan cihad yolu üzərində oturaraq belə buyurar: “Cihad yorğunluq deməkdir. Həm özünü yorarsan həm də malını itirərsən. Döyüşəcək və öldürüləcəksən! Həyat yoldaşın başqasına könül bağlayacaq”. Yenə o kimsə də şeytanın dediklərinə uymaz və ona qarşı çıxarsa cihad missiyasını yerinə yetirmiş olar. Kim bunları belə edərsə, həmin adamı cənnətə qoymaq Allahın üzərinə bir borcdur. Müharibədə öldürülsə də, boğularaq ölsə də, heyvanın belindən düşüb ölsə də Allah həmin şəxsləri mütləq cənnətə yollayacaq”, – deyə V. Rəcəbov qeyd edib.
Modern.az