Modern.az

Türk rəssamın sərgisi Bakıda: "Azad Qarabağda da keçirəcəyik"

Türk rəssamın sərgisi Bakıda: "Azad Qarabağda da keçirəcəyik"

Mədəniyyət

28 Fevral 2025, 20:32

Türkiyənin məşhur rəssamı Binnur Ərsayın yaradıcılığına həsr edilmiş “Vətən Türk Qadının Gözü ilə” adlı rəsm sərgisi keçirilib.

Modern.az xəbər verir ki, sərgidə 200 rəsm əsəri təqdim olunub.

Rəssamın sayca 20-ci sərgisi Qarabağda qazanılan qələbədən sonra qürurumuzu, insanların azad və xoşbəxtliyini əks etdirmək məqsədi daşıyır.

Sərgidə təqdim olunan əsərlərdən “Dəmir Yumruq”, “Atlar”, “Şahinlər” tabloları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Vətən Müharibəsindən öncə Azərbaycan xalqınını kədərini, qayğılı günlərini, hayqırışlarını göstərən və Zəfərdən sonra “Dəmir yumruq” imzasını ehtiva edən tablo əsərlər arasında xüsusi yer tutur.

 

1419823

 

Rəssam Binnur Ərsay “Şahinlər” seriyalı əsərlərinin azadlığı ifadə etdiyini bildirib, Beynəlxalq Qadınlar günü münasibətilə “Qadın və Kişi bir olarkən güclüdür” ideyasına əsaslanan əsərlərindən söz açıb.

 

Binnur Ərsay növbəti sərgilərində Təbriz və Cənubi Azərbaycanla bağlı rəsm tablolarını təqdim edəcəyini və planları arasında azad Qarabağ torpağında da bu cür sərgilərin təşkil olunacağını qeyd edib.

 

1419811

Sərgidə parlamentin deputatları və ictimai xadimlər iştirak ediblər. Sərgidə çıxış edən qonaqlar sözügedən sərginin mədəniyyətimiz üçün önəmli olduğunu bildiriblər.

1419818

141982014198241419815

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər