Modern.az

Makrondan Tramp-Zelenski davasına REAKSİYA

Makrondan Tramp-Zelenski davasına REAKSİYA

28 Fevral 2025, 23:24

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında yaşanan gərginliyə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.

Qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir.

"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik.  Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron  deyib.

Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp ilə Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüş başa çatmadan Ağ Evi tərk edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi