ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin onunla mübahisədən sonra Ağ Evə qayıtmaq istədiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Tramp əlavə edib ki, o, təklifi rədd edib.
“İndi o, dərhal geri qayıtmaq istədiyini deyir. Amma mən bunu edə bilmərəm”, - deyə Donald Tramp bildirib. O, söhbəti davam etdirmək istəməməsinin səbəbini açıqlamayıb.
"Fox News"a müsahibə verən Zelenski bildirib ki, ona təklif gəlsə, hazırda Ağ Evə qayıtmaqdan imtina edəcək. O, "heç bir səhv etmədiyini" və üzr istəməyə ehtiyac duymadığını deyib.