Modern.az

Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var

Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var

1 Mart 2025, 09:22

Bakının Nəsimi rayonununda dəm qazından ölüm hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Natiq Şahbazov küçəsi ev 5 ünvanında yaşayan Mikayılov Əfqan Qalib oğlu dəm qazından zəhərlənərək ölüb.

Sumqayıtda isə 17 yaşlı oğlan dəm qazından ölüb.

İnşaatçılar prospektində yaşayan 2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı